Bakı. Trend:
Azərbaycan üçün COP29-a ev sahibliyi etmək böyük şərəfdir.
Trend xəbər
verir ki, bu barədə COP29 üzrə əsas danışıqçı, xarici işlər
nazirinin müavini Yalçın Rəfiyev şəffaflığa dair iki illik
hesabatların hazırlanması zamanı etimadın möhkəmləndirilməsi və
potensialın kəşf edilməsi üzrə təlim seminarında deyib.
“Azərbaycanın COP29-a ev sahibliyi etmək qərarı mürəkkəb qlobal
problemlərin həllində beynəlxalq əməkdaşlığın gücünə möhkəm
inamımızla şərtlənib. COP29-a ev sahibliyi edəcək ölkə olaraq
seçilmək bizim üçün böyük şərəfdir və biz bununla bağlı bütün
məsuliyyəti dərk edirik. İqlim problemlərinin qarşılıqlı əlaqəli
xarakterini qəbul edir və hesab edirik ki, qlobal miqyasda
əməkdaşlıq və dialoq qurmaqla kollektiv şəkildə səmərəli həllər
hazırlaya bilərik”, – deyə o vurğulayıb.
Xəbər yenilənəcək
(Tərcümə: Rəna Əbdürəhmanova)



























