
Bakı. Trend:
Azərbaycanın iqlim dəyişmələri ilə əlaqədar olaraq şəffaflığa
dair iki illik hesabatı (BTR) COP29-dək təqdim olunacaq.
Trend xəbər
verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini
Umayra Tağıyeva şəffaflığa dair iki illik hesabatların hazırlanması
zamanı etimadın möhkəmləndirilməsi və potensialın kəşf edilməsi
üzrə təlim seminarında deyib.
“Hazırda Azərbaycanın iqlim dəyişmələri ilə əlaqədar olaraq iki
illik hesabatı hazırlanır və COP29-dək təqdim olunacaq. Bu,
Azərbaycanın iqlim sahəsində öhdəliklərin icrasına sadiqliyini
əyani şəkildə nümayiş etdirir”, – deyə o bildirib.
Xəbər yenilənəcək
(Tərcümə: Rəna Əbdürəhmanova)



























