Advertisement

Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla sərhədindəki dayaq məntəqələrini tərk etməyə başlayıb

Bakı. Trend:

Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla sərhədindəki dayaq
məntəqələrini bu gündən tərk etməyə başlayıb.

Trend xəbər
verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Məlumata görə, Rusiya hərbçiləri bu gündən etibarən Ermənistanın
Azərbaycanla həmsərhəd olan Syünik, Vayots Dzor, Geqarqunik, Ararat
və Tavuş vilayətlərindəki dayaq məntəqələrini tərk etməyə
başlayıb.

Qeyd edək ki, Rusiya sərhədçiləri 44 günlük müharibədən sonra,
2020-ci ilin dekabrında bu ərazidə məskunlaşıblar.

Xatırladaq ki, bir neçə gün öncə Rusiya Prezidentinin mətbuat
katibi Dmitri Peskov bildirib ki, Rusiya sərhədçilərinin
Ermənistanın bir sıra rayonlarından çıxarılması iki ölkə
liderlərinin Moskvada keçirilən görüşündə razılaşdırılıb.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun