Advertisement

Həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi dəyişdi

Bakı. Trend:

“Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi
xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi”nə
dəyişiklik edilib.

Trend xəbər verir ki, bu barədə Baş nazir müvafiq qərarı
imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikası xarici işlər nazirinin və
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri də
komissiyanın tərkibinə əlavə edilib.