Bakı. Trend:
Rusiya sərhədçilərinin müvəqqəti əməliyyat qruplarını
Azərbaycanla demarkasiya xəttinə geri çəkməyi İrəvan xahiş
edib.
Trend xəbər
verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin
direktoru vəzifəsinə namizəd Aleksandr Bortnikov deyib.
Onun sözlərinə görə, İrəvan Rusiya sərhədçilərinin müvəqqəti
əməliyyat qruplarını Azərbaycanla demarkasiya xəttinə geri çəkməyi
və hüquqi olaraq müəyyən edilməmiş ərazilərdə yerləşdirməməyi xahiş
edib.
“Bu barədə qərar qəbul edilib və tezliklə İrəvandakı “Zvartnots”
hava limanında sərhəd-keçid məntəqəsi bağlanacaq”, – Bortnikov
deyib.
Bortnikov həmçinin, Rusiya sərhədçilərinin bir hissəsinin
Ermənistanda qalaraq, ölkənin Türkiyə və İranla sərhədini
qoruyacağını əlavə edib





























