
Bakı. Trend:
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, fevralın 24-ü saat
21:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun
Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən
Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək
rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini
atıcı silahlardan atəşə tutub.





























