Advertisement

Bakıda dayanıqlı tikinti üzrə sammit öz işinə başlayıb

Bakı. Trend:

Bakıda “PMD Projects” MMC və Azərbaycan Sənaye Təhlükəsizliyi
Assosiasiyasının birgə təşkilatçılığı ilə dayanıqlı tikinti üzrə
sammit öz işinə başlayıb.

Trend xəbər
verir ki, tədbirdə ölkənin tikinti sektorundan 300-dən çox
nümayəndə iştirak edir. Tədbir “TowardsCOP29” şüarı altında
keçirilir və iki böyük panelə ayrılıb.

“PMD Projects” MMC-nin direktoru Nəriman Topçubaşovun açılış
mərasimində dediyi kimi, sammitin keçirilməsi ideyası hələ COP29-un
Azərbaycanda keçiriləcəyi məlum olmamışdan əvvəl yaranıb, lakin
Azərbaycanın bu mühüm BMT tədbirinə hazırlığı tikinti sektorundan
yan ötə bilməz.

Tədbirdə dünyada tətbiq olunan innovasiyalar, sahə üzrə aparıcı
praktikalar və onların Azərbaycanda tətbiq imkanları müzakirə
olunacaq, belə ki, dayanıqlı tikinti həlləri, müasir tikinti
metodları, tikintidə təhlükəsizlik, intellektual tikinti sistemləri
ölkə iqtisadiyyatının Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası
üçün əhəmiyyət kəsb edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun