
Bakı. Ternd:
İqlim dəyişikliyi səbəbindən su ehtiyyatlarında azalma hiss
olunur. Azərbaycan iqlim dəyişikliklərinə son dərəcə diqqətlə
mübarizə aparır.
Trend xəbər verir ki, bunu ADA Universitetində keçirilən
İqlim-Su Zirvəsində Azərbaycan Meliorasiya Elmi-Tədqiqat
İnstitutunun Baş direktoru Mir Mövsüm Dadaşev ADA universitetində
deyib.
Onun sözlərinə görə, Su Hetiyyatları Agentliyi tərəfindən
alternativ su mənbələrindən istifadə, su sahəsinsə rəqəmsallaşmanın
tətbiqi kimi uyğunlaşdırma tədbirləri aparılır.
“Ölkəmizdə keçiriləcək COP29 iştirakçılara yeni öhdəliklər
götürmək və yeni addımlar atmaq üçün əlverişli fürsətdir.
Məqsədimiz iqlim dəyişikliklərinə qarşı mübarizə çərçivəsində həll
yollarını müzakirə etmək və yeni innovativ mübarizə üsullarını
tapmaqdır”.
Xəbər yenilənəcək





























