Advertisement

İmpressionist rəssamın əsəri 35 milyon dollara satıldı

Bakı. Trend:

İmpressionist rəssam Klod Monenin (1840-1926) əsəri 35 milyon
dollara satılıb.

Trend xəbər verir ki. bu barədə Sotbi hərrac evi məlumat
yayıb.

Bildirilir ki, Nyu-Yorkda keçirilən hərraca 50 sənət əsəri
çıxarılıb. Fransız rəssamın “Jivernidə ot tayaları” (Meules à
Giverny, 1893) əsəri səkkizinci dəqiqədə satılıb.

Bundan başqa hərracda Cənubi Amerika ölkələrindən təqdim edilmiş
sənət əsərləri də müştərilərini tapıb.