Advertisement

ADA Universiteti COP29 konfransına hazırlıqda fəal iştirak edir

Bakı. Trend:

Bu il Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası
keçiriləcək. ADA Universiteti iqlim dəyişmələri məsələləri üzrə çox
sayda müzakirələr, diskussiyalar və konfranslar təşkil etməklə
konfransa hazırlıqda fəal iştirak edir.

Trend xəbər
verir ki, bu barədə ADA Universitetinin dövlət, xarici və tələbə
işləri üzrə prorektoru Fariz İsmayılzadə Universitetdə keçirilən
İqlim-Su Zirvəsində ADA Universitetində keçirilən İqlim-Su
Zirvəsində deyib.

“Ötən həftə COP29-un prezidenti Muxtar Babayevlə Bakı sammitində
akademik elmi müzakirələrə daha çox diqqət yetirilməli olduğuna
dair fikri müzakirə etdim. Əvvəlki sammitlərlə müqayisədə, bu il
alimlərin fəal şəkildə cəlb edilməsi, onlar üçün xüsusi
platformaların yaradılması və cari dəyişikliklərə həsr olunmuş
müzakirələrdə iştiraklarının təşkili nəzərdə tutulur. Onlar
aparılan müzakirələr əsasında siyasətçilərə öz tövsiyələrini verə
biləcəklər”, – deyə o qeyd edib.

F.İsmayılzadə ADA Universitetinin istənilən vaxt bütün
müzakirələr üçün platforma qismində çıxış edə biləcəyini
vurğulayıb.

“Bu ilin əvvəlindən artıq 10 konfrans təşkil etmişik. Hamı, o
cümlədən, alimlər və siyasətçilər üçün diskussiyaları təmin etmək
məqsədilə bütün il ərzində bu kimi tədbirlərin təşkilini davam
etdirməyi planlaşdırırıq”, – deyə o əlavə edib.

Qeyd edək ki, ADA universitetində İqlim-Su Zirvəsi
keçirilib.

Tədbirdə dövlət və akademik qurumlar, beynəlxalq təşkilatlar və
özəl sektordan ekspertləri iştirak ediblər.

Çıxış edənlər arasında Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin, ADA Universitetinin, BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatı (FAO) və BMT-nin Azərbaycandakı Rezident
Əlaqələndiricisinin Ofisinin nümayəndələri, eləcə COP29 Azərbaycan
Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri baş icraçı direktoru,
Türkiyənin Dayanıqlı Gələcəyi üzrə Komissiyanın sədri və “Aqualink”
şirkətinin baş direktoru olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun