
Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)
təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində
SOCAR-ın baş ofisi və müəssisələri tərəfindən ağacəkmə aksiyası
keçirilib.
Trend xəbər verir ki, “Azneft” İstehsalat Birliyinin
“Bibiheybətneft” Neft və qaz çıxarma İdarəsinin ərazisində təşkil
olunan ağacəkmə aksiyasında SOCAR-ın rəhbərliyi iştirak edib.
Qeyd edək ki, SOCAR-ın ekoloji siyasətinə uyğun olaraq, son
illər ərzində keçirilən yaşıllaşdırma tədbirləri zamanı 1 milyondan
çox, cari ildə isə 31642 ağac, gül və gül kolları əkilib.





























