Advertisement

ABŞ Nümayəndələr Palatası İsrailə silah tədarükü haqqında qanun layihəsini qəbul edib

Bakı. Trend:

ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Co Baydenin
İsrailə bəzi silah növlərinin satışını dayandırmaq qərarını ləğv
edən qanun layihəsini təsdiqləyib.

Trend-in
məlumatına görə, bu barədə “The Hill” qəzeti xəbər verib.

Məlumata əsasən, qanun layihəsinin lehinə 224 deputat, əleyhinə
187 deputat səs verib.

Qanun layihəsi prezidentin Konqres tərəfindən təsdiqlənmiş
ABŞ-ın İsrailə silah satışını dayandırması və ya ləğv etməsinin
qarşısını alacaq. Qanun layihəsinin qüvvəyə minməsindən sonra 15
gün ərzində bütün silahlar İsrailə təhvil verilməlidir.