Advertisement

Naməlum keçidlər təhlükələrə qapı aça bilər – XƏBƏRDARLIQ

Bakı. Trend:

E-poçt və mesajlardakı naməlum keçidlərə və rəqəmsal
təhlükəsizliyinizi poza biləcək fayllara qarşı ehtiyatlı olun.


Trend
xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik
Xidmətinin yaydığı məlumatda deyilir.

Qeyd edilib ki, çünki həmin faylların daxilində zərərverici
proqramlar yerləşdirilə bilər ki, nəticədə cihaz, hesab və fərdi
məlumatlarınız təhlükə altında qala bilər:

“Təhlükəsizliyindən əmin olmadığınız faylları açmadan əvvəl
qurumunuzun İT bölməsinə bu haqda məlumat verin”.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun