Bakı. Trend:
Hələlik axtarış qrupları İran prezidenti İbrahim Rəisini
Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi məkana
çatmayıblar.
Trend-in
məlumatına görə, bunu İranın daxili işlər naziri Əhməd Vəhidi
deyib.
Onun sözlərinə görə, helikopterin sərt eniş etməsindən sonra
bütün qüvvələr səfərbər edilib. Bütün qruplar, o cümlədən İran
İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH), ordu, hüquq mühafizə
orqanları, Qırmızı Aypara Cəmiyyəti, sosial qruplar və bütün
kəndlilər könüllü şəkildə İran prezidentini aparan helikopterin
qəzaya uğradığı məkanı tapmağa çalışırlar.
İranlı nazir qeyd edib ki, ərazi çətin relyefli, meşəlik və
sıldırım qayalıdır. Həmçinin güclü yağış yağır və görmə radiusu çox
məhduddur.
Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi, xarici işlər
naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə
nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin
valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin
sərt eniş etdiyi bildirilir. Qəzadan sonra helikopterlə iki dəfə
əlaqə saxlanılıb. Sonradan əlaqə kəsilib.





























