Bakı. Trend:
İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən heyətin
hamısı həlak olub.
Bu barədə Trend
İranın rəsmi dövlət agentliyi İRNA-ya istinadən məlumat verib.
Məlumata görə, İran prezidentini Xudafərindən Təbrizə aparan
helikpterin qəzaya uğradığı məkanda rəsmi şəxslər İran prezidenti
və helikopterdə olan şəxslərin hamısının öldüyünü
təsdiqləyiblər.
Qeyd edək ki, mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici
işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz
üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan
vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan
helikopterin sərt eniş etdiyi bildirilir. Qəzadan sonra
helikopterlə iki dəfə əlaqə saxlanılıb. Sonradan əlaqə kəsilib.





























