Advertisement

DİN əməliyyat keçirdi: 46 kq narkotik, 3 silah aşkarlandı (VİDEO)

Bakı. Trend:

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə
İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat
saxlayan, eləcə də narkotiklərin satışı ilə məşğul olan şəxslərə
qarşı paytaxt və bölgələrdə əməliyyatlar keçirib.

DİN-dən Trend-ə verilən xəbərə görə, tədbirlərlə paytaxt
sakinləri Zamiq Əliyev, Elməddin Abdullazadə və əvvəllər məhkum
olunmuş Mahir Sadıqovdan 2 “Makarov”, 1 “Beretta” tapançası, 3
daraq və 15 ədəd patron aşkarlanıb. Baş İdarə əməkdaşlarının
paytaxt, eləcə də Ağcabədi, Şəmkir, Yevlax və Cəlilabad
rayonlarında keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz
dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Rüfət Əsədov,
Fazil Əzizov və Tural Mahmudovdan ümumilikdə 30 kiloqram marixuana,
Anar Abasov, Rəşad Məmmədov tanışı Murad Əsgərov və Leyla
Məmmədovadan isə 16 kiloqram kokain, heroin, tiryək, metramfetamin
və güclü təsir edən maddə olan 52 ədəd ekstazi həbi aşkarlanıb.
Qanunsuz dövriyyədən 46 kiloqram narkotik vasitə çıxarılıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər
barəsində həbs qətimkan tədbirləri seçilib. Araşdırmalar davam
etdirilir.