Bakı. Trend:
Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Xasıyev Siyavuş
Nəzərəli oğlu Bakıxanov qəsəbəsində yerləşən şəhidlər xiyabanında
dəfn edilir.
Trend xəbər verir ki, Xasıyev Siyavuş Gəncə Şəhidlər Xiyabanında
naməlum şəhid kimi dəfn edilmişdi.
Dəfn mərasimində şəhidin doğmaları, Sabunçu Rayon İcra
Hakimiyyətinin vəzifəli şəxsləri, şəhər hüquq-mühafizə orqanlarının
əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak
edirlər.
Xəbər yenilənəcək





























