Advertisement

Milli Məclis İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun məlumatını qəbul edib (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Milli Məclis İnsan alverinə qarşı mübarizə üzrə Milli
Koordinatorun 2023-cü ildə Azərbaycan Respublikasında insan
alverinə qarşı mübarizəyə dair məlumatı qəbul edilib.

Trend-in məlumatın görə, məlumatı Azərbaycan Respublikası Daxili
İşlər Nazirinin birinci müavini Seyfulla Əzimov təqdim edib.

Hazırkı məlumat “İnsan alverinə qarşı mübarizə haqqında”
Azərbaycan Respublikası Qanununun 7.5-ci maddəsinin icrasının təmin
edilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun,
Ombudsman Aparatının, beynəlxalq təsisatların, 32 mərkəzi və 68
yerli icra hakimiyyəti orqanının, eləcə də Daxili İşlər
Nazirliyinin struktur qurumlarının müvafiq sahə üzrə Milli
Fəaliyyət Planından irəli gələn tədbirlərin yerinə yetirilməsinin
və apardıqları monitorinqlərin nəticələri, təhlilləri, tövsiyələri
nəzərə alınmaqla hazırlanıb.

XXX
11.14

Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli
Koordinatorun 2023-cü ildə Azərbaycan Respublikasında insan
alverinə qarşı mübarizəyə dair məlumatı müzakirə olunur.

Trend-in məlumatın görə, məlumatı Azərbaycan Respublikası Daxili
İşlər Nazirinin birinci müavini Seyfulla Əzimov təqdim edir.

O qeyd edib ki, insan alveri sahəsində kriminogen durum 2023-cü
ildə də nəzarətdə saxlanılıb, bu cinayətin beynəlxalq
təhlükəsizliyə ciddi təhdid olaraq qalması, dünyаnın əksər
ölkələrində bаş vеrən silаhlı münаqişələrin cоğrаfiyаsının
genişlənməsi, ucuz işçi qüvvəsinə оlаn tələbаtın аrtmаsı və s.
amillər nəzərə alınaraq profilaktik iş, cinayət təqibi, qurbanların
müdafiəsi, əməkdaşlıq və tərəfdaşlıq istiqamətləri üzrə fəaliyyət
məqsədyönlü surətdə davam etdirilib.

S.Əzimov bildirib ki, ötən il, həmçinin “Uşaqların cinsi
istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası
Konvensiyasının tətbiqi ilə bağlı Əmək, Ailə, Cinayət-Prosessual və
Cinayət məcəllələrinə, “Uşaq hüquqları”, “Vəkillər və vəkillik
fəaliyyəti”, “Təhsil”, “Azərbaycan Respublikasında dövlət
daktiloskopik və genom qeydiyyatı haqqında” və s. qanunlarda
dəyişikliklər edilib. “Belə ki, şəxsiyyətin cinsi toxunulmazlığı və
cinsi azadlığı əleyhinə törədilən bəzi cinayətlərin (zorlama,
seksual xarakterli zorakılıq hərəkətləri) yetkinlik yaşına
çatmayanlara qarşı törədilməsi ağırlaşdırıcı hal kimi müəyyən
edilmiş, uşaqların cinsi istismarı ilə bağlı bir sıra cinayətlərə
görə cəzalar sərtləşdirilib”, – deyə o əlavə edib.

Xəbər yenilənəcək