Advertisement

Azərbaycanla Qazaxıstan arasında tələbə mübadiləsi üzrə protokol təsdiq edildi

Bakı. Trend:

Azərbaycanla Qazaxıstan arasında hər il bakalavriat proqramları
üzrə 3 nəfər, magistratura proqramları üzrə 5 nəfər, doktorantura
proqramları üzrə 2 nəfər, əsas (baza ali) tibb təhsili və
rezidentura proqramları üzrə 2 nəfər tələbənin bərabər sayda
mübadiləsini həyata keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin bu gün
keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikasının
Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Təhsil və Elm
Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il
3 aprel tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol”un
təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsində əksini tapıb.

Layihəyə əasən, Azərbaycan tərəfi texniki və texnoloji
ixtisaslar qrupu üzrə 3 nəfərin (bakalavriat -1, magistratura -1,
doktorantura-1), humanitar və sosial ixtisaslar qrupu üzrə – 3
nəfərin (bakalavriat -1, magistratura -1, doktorantura -1),
iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə – 3 nəfərin
(bakalavriat -1, magistratura-2), təbiət ixtisasları qrupu üzrə – 1
nəfərin (magistratura-1), əsas (baza ali) tibb təhsili üzrə
ixtisaslar qrupu üzrə və rezidenturada həkim-mütəxəssis hazırlığı
aparılan ixtisaslar üzrə – 2 nəfərin təhsilini təşkil edəcək.

Qazaxıstan tərəfi informasiya və kommunikasiya texnologiyaları,
mühəndislik, emal və tikinti sənayesi üzrə – 5 nəfər (bkalavriat-1,
magistratura -3, doktorantura-1), kənd təsərrüfatı və bioresurslar,
incəsənət və humanitar elmlər, sosial elmlər, jurnalistika və
informasiya, biznes, idarəetmə və hüquq üzrə 5 nəfər (bakalavriat
-2, magistratura-2, doktorantura-1), səhiyyə və sosial təminat
(tibb) ixtisasları üzrə – 2 nəfərin (fasiləsiz inteqrə olunmuş tibb
təhsili proqramı (6 il) və rezidentura (5 ilədək təhsil) təhsilini
təşkil edəcək.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq
edilib.