Advertisement

İqtisadiyyat naziri özbəkistanlı həmkarlarını COP29-da iştirak üçün Bakıya dəvət edib

Bakı. Trend:

Noyabr ayında Bakıda COP29 tədbiri – BMT-nin növbəti iqlim
konfransı təşkil olunacaq. Ölkəmiz ətraf mühitin mühafizəsinə
sadiqdir. Azərbaycanın COP29-un ev sahibi seçilməsi iqlim
dəyişmələri və dayanıqlı inkişaf məsələləri üzrə qlobal
müzakirələrin inkişafında bizim fəal rolumuzu nümayiş etdirir.

Trend xəbər verir ki, bu
sözləri Qubada keçirilən II Azərbaycan-Özbəkistan Regionlararası
Forumunda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov
deyib.

“Biz əhəmiyyətinə və miqyasına görə yeganə olan bu platformada
özbəkistanlı həmkarlarımızın iştirakını mühüm hesab edirik və
onları bu hadisə ilə əlaqədar bir daha Bakıya dəvət edirik”, – deyə
nazir bildirib.