Bakı. Trend:
“HƏMAS”a təhvil verməzdən əvvəl Misir İsrailin Qəzza zolağında
imzaladığı atəşkəs razılaşmasının şərtlərini dəyişib.
Trend-in məlumatına görə, bu barədə “CNN” televiziya kanalı
xəbər verib.
“Misir kəşfiyyatı İsrailin bu ayın əvvəlində artıq imzaladığı
atəşkəs razılaşmasının şərtlərini gizlicə dəyişdi, nəticədə
israilli girovları və fələstinli məhbusları azad edə biləcək və
Qəzzada döyüşlərin müvəqqəti dayandırılmasına zəmin yarada biləcək
razılaşmanı pozdu”, – deyə telekanalı məlumatlı mənbələrə istinadən
bildirib.
Onlar bildiriblər ki, Misir kəşfiyyatı tərəfindən edilən
dəyişikliklər ABŞ, Qətər və İsrail rəsmiləri arasında qəzəb və
qınama dalğasına səbəb olub və atəşkəs danışıqlarının dalana
dirənməsinə səbəb olub.





























