
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Naxçıvan Muxtar Respublikasının Culfa rayonu, Darıdağ massivində
sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla
əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar
Nazirliyinin minalardan təmizləmə üzrə pirotexnik qrupu hadisə
yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq
təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış
zamanı aşkar edilmiş sursatın 1 ədəd 76 mm-lik top mərmisi olduğu
müəyyən edilib.
Sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün
ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı
başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.





























