Advertisement

Ən yüksək pensiya hansıdırsa, onu təyin edəcəyik – Sahil Babayev

Bakı. Trend:

Vətəndaşın eyni anda iki hüququ yaranarsa, misal olaraq, həm
ailə başçısını itirməyə görə, həm də yaşa görə pensiya almaq hüququ
yaranırsa mövcud qanunvericiliyə əsasən bir pensiyadan digərinə
keçid yalnız onun yazılı müraciətindən sonra baş verə bilər.

Trend xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi
naziri Sahil Babayev Milli Məclisinin Əmək və sosial siyasət
komitəsinin iclasında bildirib.

“Biz də ən yüksək pensiya hansıdırsa, onu təyin edəcəyik. Bu
təqribən ilə 6-7 min insanı əhatə edir. Bəzən heç onların məlumatı
da olmur ki, onların iki hüququ var. Məsələn, yaşa görə pensiyasını
alır və başa düşmür ki, həyat yoldaşı vəfat etdikdən sonra onun
pensiyasının şamil olunması ilə pensiya məbləği artırıla bilər.
Vətəndaşın məlumatı olmasa da, “Əmək pensiyaları haqqında” qanuna
təklif olunan dəyişiklə bunu elektron qaydada təmin edəcəyik”,-
deyə o bildirib.