Advertisement

“Microsoft Edge” “Youtube” videolarını real vaxt rejimində və audio ilə tərcümə edəcək

Bakı. Trend:

“Microsoft Edge” tezliklə “YouTube”, “LinkedIn” və “Coursera”
kimi saytlarda real vaxt rejimində video tərcüməsi funksiyasını
təqdim edəcək.


Trend
-in məlumatına görə, bu ilki “Build” tədbirində
“Microsoft”, yeni süni intellekt tərəfindən dəstəklənən funksiyanın
izlənilən məzmunu canlı olaraq həm audio, həm də altyazılara çevirə
biləcəyini elan edib.

Hal-hazırda, İspan dilindən İngilis dilinə tərcümə ilə yanaşı,
İngilis dilindən Alman, Hind, İtalyan, Rus və İspan dillərinə
tərcümə də dəstəklənir.

Qeyd edək ki, “Edge”in yeni süni intellekt xüsusiyyəti
insanların həyatını asanlaşdırmaqla yanaşı, eşitmə problemi olan
insanlar üçün də faydalı olacaq.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun