
Bakı. Trend:
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən şəhərin sanitar
təmizliyik səviyyəsinin daha da yüksəldilməsi, mövcud yaşıllıqlara
qulluq göstərilməsi məqsədi ilə şənbə günü, may ayının 25-də
paytaxtda genişmiqyaslı daxili ümumşəhər iməcliyinin keçirilməsi
qərara alınıb.
BŞİH-dən Trend-ə verilən məlumata görə, Bakı Şəhər İcra
Hakimiyyəti paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların
kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu
iməclikdə fəal iştirak etməyə çağırır.
“Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə öz
töhfəmizi vermiş olacağıq”, – deyə məlumatda qeyd olunub.





























