Advertisement

İşçilərlə əmək müqaviləs bağlamayan şəxs cərimələnib

Bakı. Trend:

“EF Nitq İnkişaf Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti
tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş
vətəndaş müraciəti əsasında Masallı rayon prokurorluğunda araşdırma
aparılıb.

Masallı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə,
araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək
qaunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi
qüvvəyə minmədən (bağlanmadan) 2 şəxsin işlərin yerinə
yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Masallı rayon prokurorluğunda MMC barəsində
İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı)
hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər
hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi)
maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq
baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib, məhkəmənin
qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə
edilib.

Eyni zamanda Cəmiyyətin direktoru Fatimə Hüseynova barəsində
həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə
icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək Əhalinin
Sosial müdafiəsi Nazirlyi yanında Dövlət Əmək Müfəttişliyi
Xidmətinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 3 min 500
manat məbləğində inzibati cərimə edilib.