Advertisement

Rusiya aviaşirkəti Ufadan Bakıya uçuşlara başlayır

Bakı. Trend:

Rusiyanın “İrAero” aviaşirkəti aprelin 4-dən etibarən Ufa-Bakı
marşrutu üzrə reyslər həyata keçirməyə başlayır.

Trend xəbər verir ki, bu barədə Ufa Beynəlxalq Hava Limanının
mətbuat xidməti məlumat yayıb.

Ufadan uçuşlar cümə axşamı “Sukhoi Superjet 100” təyyarələri ilə
həyata keçiriləcək. Təyyarə yerli vaxtla saat 11:00-da yola
düşəcək. Səyahət müddəti 2 saat 40 dəqiqədir. Biletlər artıq
satışdadır. Həmçinin Ufadan Bakıya uçuşlar “Azerbaijan Airlines” və
“Utair” aviaşirkətləri tərəfindən davam etdirilir.

Bir müddət əvvəl “İrAero” 2024-cü ilin yayında Rusiyanın iri
şəhərlərindən Azərbaycan paytaxtına geniş uçuş reysləri proqramı
açıb. Bakı marşrutlarına Moskva, Kazan, Nijni Novqorod,
Novosibirsk, Çelyabinsk, Krasnoyarsk, Nijnevartovsk, Omsk, Perm,
Nijnekamsk, Saratov, Vladikavkaz və Ufa daxildir. Uçuşlar həftədə
dörd dəfə Moskvadan, üç dəfə Vladikavkazdan, həftədə iki dəfə isə
Saratov, Perm, Krasnoyarsk və Kazandan həyata keçirilir.