Advertisement

COP29 Azərbaycanın ekoturizm, aqrar və dayanıqlı turizm kimi sahələrdə potensialını nümayiş etdirəcək

Bakı. Trend:

COP29 Azərbaycanın ekoturizm, aqrar və dayanıqlı turizm kimi
sahələrdə potensialını nümayiş etdirəcək.

Trend xəbər
verir ki, bu barədə bu gün Dövlət Turizm Agentliyinin sədr müavini
Azadə Hüseynova COP29 müddətində xarici qonaqların yerləşdirilməsi
və turizm imkanlarının təqdimatına həsr olunmuş mətbuat
konfransında çıxışında deyib.

“COP29 ölkəmizin tarixi, mədəniyyəti, maddi və mədəni milli
irsinin tanınmasına imkan yaradacaq. Bundan başqa, konfrans
Azərbaycanın ekoturizm, aqrar və dayanıqlı turizm kimi yeni
sahələrdə geniş potensialı barədə məlumatlılığı artıracaq”, – o
deyib.

Xəbər yenilənəcək

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun