Advertisement

Azərbaycanda turizm sahəsinin COP29-dək tam hazır vəziyyətə gətirilməsi üzrə işlə başlayıb

Bakı. Trend:

Dövlət Turizm Agentliyi turizm sahəsinin COP29-dək tam hazır
vəziyyətə gətirilməsi üzrə işlərə başlayıb.

Trend xəbər
verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədr müavini Azadə
Hüseynova COP29 müddətində xarici qonaqların yerləşdirilməsi və
turizm imkanlarının təqdimatına həsr olunmuş mətbuat konfransında
çıxışında deyib.

“COP29-un yüksək texniki təşkilini təmin etmək məqsədilə Dövlət
Turizm Agentliyi turizm sahəsinin COP29-dək tam hazır vəziyyətə
gətirilməsi üzrə işlərə başlayıb. Bakı və Sumqayıt şəhərlərində
300-dən çox yerləşdirmə obyekti yoxlanılıb, onlardan təqribən 200-ü
ulduz reytinqi alıb. Ulduz reytinqinə uyğun olmayan 40-a yaxın
hotelə çatışmazlıqları aradan qaldırmaq üçün vaxt verilib. Hazırda
digər bölgələrdəki hotellərin qiymətləndirilməsi planlaşdırılır”, –
o deyib.

Xəbər yenilənəcək

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun