Advertisement

Kamil Sədrəddinovun şikayəti təmin edilmədi

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin keçmiş
şöbə rəisi, Hacı Məmmədovun cinayət işi üzrə həbs olunaraq ömürlük
azadlıqdan məhrum edilən Kamil Sədrəddinov vaxtından əvvəl azadlığa
buraxılması ilə bağlı məhkəməyə müraciət edib.

Trend xəbər verir ki, Qaradağ rayon Məhkəməsində keçirilən
prosesdə qərar elan edilib.

Qərara əsasən, onun şikayəti təmin edilməyib.

Qeyd edək ki, Kamil Sədrəddinov DİN-in Baş Cinayət Axtarış
İdarəsinin əmlak cinayətlərinə qarşı mübarizə şöbəsinin rəisi olub.
O, 2005-ci ildə DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş
əməliyyat müvəkkili Hacı Məmmədov və onun dəstəsinə qarşı keçirilən
“Qara kəmər” əməliyyatı çərçivəsində tutulub.

Kamil Sədrəddinov Ağır Cinayətlərə dair Məhkəmənin hökmü ilə
ömürlük azadlıqdan məhrum edilib.

Prezident İlham Əliyevin 2019-cu il martın 16-da imzaladığı
“Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı
ilə onun ömürlük həbs cəzası 20 il həbs cəzası ilə əvəzlənib.