Advertisement

Müdafiə Nazirliyinin bir qrup nümayəndə heyəti Qazaxıstanda səfərdə olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında
ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq, Müdafiə
Nazirliyinin Hərbi Polis İdarəsinin bir qrup hərbi qulluqçusu bu
ölkədə səfərdə olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan nümayəndə
heyəti Hərbi Polis Mütəxəssislərinin Hazırlıq Mərkəzində hərbi
polisinin gündəlik fəaliyyəti, kinoloji xidmətin təşkili,
maddi-texniki təchizat və təlim proqramı, eləcə də silahlanmada
olan hərbi texnika ilə tanış olub, bölmələrin nümayiş məşğələsini
izləyib.

Azərbaycan və Qazaxıstan respublikalarının hərbi polis
nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə qarşılıqlı maraq
doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi
aparılıb.

Müdafiə Nazirliyinin nümayəndə heyəti səfər çərçivəsində,
həmçinin Qazaxıstan Respublikasının Dövlət Hərb Tarixi Muzeyi və
Milli Muzeyində, eləcə də digər görməli yerlərində olub, tarixi
abidələri ziyarət ediblər.