
Bakı. Trend:
Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror
əməliyyatından sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş
Ermənistan silahlı qüvvələrinə məxsus hava hücumundan müdafiə (HHM)
sistemi və döyüş mövqeyinə baxış keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Xocalı rayonunda aşkar
olunan hərbi obyektdən istismara yararlı “2K11 Kruq” zenit-raket
kompleksinin tərkibinə daxil olan “1С32” raketlərin hədəfə
yönləndirmə stansiyası, bir neçə “2П24” buraxıcı qurğusu və
üzərində “3М8” idarəolunan zenit-raketləri ərazidən müsadirə
edilib.





























