
Bakı. Trend:
Təəssüf hissi ilə qeyd etməliyik ki, peşə təhsilinə qəbul ali
təhsilə qəbuldan 3 dəfə azdır. Ölkəyə inkişaf istiqamətlərinə uyğun
zəruri peşələrə malik ixtisaslı işçilər tələb edilir.
Trend xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən
iclasında parlamentin Elm və təhsil komitəsinin sədri, deputat
Bəxtiyar Əliyev deyib.
Komitə sədri bildirib ki, on minlərlə gənc peşə təhsilindən
kənarda qalmaqla yanaşı, həm də iqtisadiyyatımız işçi qüvvəsi
potensialını itirir.
“Bu vəziyyət köklü sürətdə dəyişdirilməlidir. Hesab edirəm ki,
bu məsələyə yenidən baxılacaq və müvafiq qərarlar qəbul ediləcək”,
– deyə komitə sədri əlavə edib.





























