Advertisement

Azərbaycan “Masdar”la yeni layihə həyata keçirəcək – Nazir müavini

Bakı. Trend:

Enerji keçidi üzrə qarşımızda böyük hədəflər durur.

Trend xəbər verir ki, bunu energetika nazirinin müavini Samir
Vəliyev “Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfransda
çıxışı zamanı deyib.

“Bir sıra təhlillər apararaq “yaşıl gündəliyi”mizi
müəyyənləşdirmişik. Azərbaycanın milli prioritetləri arasında
“yaşıl” enerji xüsusi yer tutur.

“Masdar” şirkəti tərəfindən icra olunan layihə artıq istifadəyə
verilib. Yaxın zamanlarda “Masdar” şirkəti ilə bir meqavat gücündə
olacaq yeni layihəni həyata keçirəcəyik”.

Xəbər yenilənəcək