Bakı. Trend:
Yevlaxda kibercinayətkarlığa qarşı tədbirlər görülür
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə
verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları
tərəfindən keçirilən əməliyyatlar nəticəsində kiber üsullarla
vətəndaşların pulunu mənimsəyən 6 nəfər müəyyən edilərək cinayət
məsuliyyətinə cəlb edilib. Zərərçəkmiş şəxslərə dəymiş 20 min
manata yaxın maddi ziyanın təqsirkar şəxslər tərəfindən ödənilməsi
təmin olunub.
Eyni zamanda rayon ərazisində profilaktiki tədbirlər də
keçirilib. Kibercinayətlər törədənlərin istifadə etdiyi üsullar
vətəndaşların diqqətinə çatdırılıb. Bankomatların ətrafında
xəbərdaredici lövhələr quraşdırılıb.





























