Advertisement

COP29 zamanı ictimai iaşə obyektlərində sanitar-gigiyenik normalara dair təlimat hazırlandı

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
tərəfindən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının
Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə
keçirilməsi ilə əlaqədar “COP29 tədbiri zamanı ictimai iaşə
obyektlərində sanitar-gigiyenik normalara dair” təlimat hazırlanıb.

Trend xəbər verir ki, təlimat beynəlxalq tədbir zamanı ictimai
iaşə müəssisələrində qida təhlükəsizliyinin təmin edilməsi məqsədi
ilə hazırlanıb və metodiki tövsiyə xarakteri daşıyır.

Təlimatda ictimai iaşə obyektlərində qida məhsulları, işçi
heyəti, təmizlik və dezinfeksiya işləri, qida tullantılarına dair
qanunvericiliyin tələbləri öz əksini tapıb.

COP29-la bağlı Agentlik tərəfindən təsdiqlənmiş Tədbirlər
Planına əsasən hazırlanan sözügedən təlimatın ictimai iaşə
müəssisələrində paylanılması nəzərdə tutulub.