Advertisement

Ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna 2 milyon yarım manatdan çox məbləğdə pul ödənilib – Baş prokurorun müavini

Bakı. Trend:

Ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna 2 milyon yarım
manatdan çox məbləğdə pul ödənilib.

Trend xəbər verir ki, bu sözləri Baş müavini Heydər Məmmədov
Gəncədə konfransda qeyd edib.

Belə ki, Baş Prokurorluq tərəfindən Gəncədə « Ekoloji
hüquqpozmalar: maariflənmə və qanunvericiliklə nizamlanma» adlı
işgüzar konfrans keçirilib.
Tədbirdə çıxış edən Baş Prokurorun müavini Heydər Məmmədov bildirib
ki, təmiz və sağlam ətraf mühitin təmin edilməsi yolunda dövlət
qurumlarının, hüquq-mühafizə orqanları və məhkəmələrin
koordinasiyalı fəaliyyəti, effektiv ekoloji qanunlar və yaşıl dünya
üçün hüquqi yeniliklərin mühüm əhəmiyyəti var.

Bu sahədə prokurorluq orqanları tərəfindən kompleks tədbirlər
davam etdirilərək, Ekologiya Nazirliyi və digər dövlət qurumları
ilə birgə ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi və
ekoloji tarazlığın bərpa edilməsi istiqamətində işlər
görülməkdədir.

“Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi
tərəfindən ötən ildə ekoloji hüquqpozmalar üzrə 133 cinayət işi
başlanaraq istintaqının aparılması üçün aidiyyatı üzrə göndərilib,
36 inzibati xəta haqqında iş üzrə icraat başlanıb, qanun
pozuntularının, onları doğuran səbəb və şəraitin aradan
qaldırılmasına dair müvafiq təşkilatlara 33 halda təqdimatlar
verilib.

Bundan başqa, 2023-cü ildə ətraf mühitin mühafizəsi üzrə dövlət
fonduna 2 milyon 655 min manat məbləğində pulun ödənilməsi təmin
edilib”- deyə Baş prokurorun müavini əlavə edib.