Advertisement

Prokurorluq orqanları tərəfindən ekoloji cinayətkarlığa qarşı mübarizə tədbirləri gücləndirilir – Heydər Məmmədov

Bakı. Trend:

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə
həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə
tədbirlərin davamı olaraq, mayın 30-da Gəncədə «Ekoloji
hüquqpozmalar: maariflənmə və qanunvericiliklə nizamlanma» adlı
işgüzar konfrans keçirilib.

Trend xəbər verir ki, Baş prokurorun müavini Heydər Məmmədov
mediaya müsahibə verib.

Bildirilib ki, prokurorluq orqanları tərəfindən ekoloji
cinayətkarlığa qarşı mübarizə tədbirləri gücləndirilir.

Baş prokurorun müavini əlavə edib ki, ekoloji cinayətkarlığa
qarşı mübarizədə maarifləndirmə tədbirlərinin əhəmiyyəti
böyükdür.