
Bakı. Trend:
Bu gün MÜSIAD Azərbaycanın yeni idarə heyətinin üzvləri
seçilib.
Trend xəbər verir
ki, MÜSIAD Azərbaycan tərəfindən təşkil edilən proqramın birinci
hissəsində dərnək üzvlərinin iştirakı ilə ümumi iclas baş
tutub.
MÜSIAD Azərbaycanın sədri Rəşad Cabirli iclasın açılışını edərək
dərnəyin fəaliyyətləri və gələcəkdə planlaşdırılan işlər haqqında
məlumat verib.
İclas zamanı dərnəyin keçən iki il ərzində gördüyü fəaliyyətlər
haqqında hesabatlar təqdim edildikdən sonra MÜSIAD Azərbaycanın
yeni idarə heyətinin seçilməsi üçün səsvermə prosesi baş tutub.
Səsvermə nəticəsində MÜSİAD Azərbaycan Yeni İdarə Heyəti üzvləri
1. Rəşad Cabirli, 2. Hüseyin Yapar, 3. Alim Şentürk, 4. Osman
Yaqubov, 5. Emin Əzizli, 6. Azər Göyüşov, 7. Aslan Abdullayev, 8.
Fatih Uzun, 9. Remzi Mişeli, 10. Zeki Gül, 11. Elvin Əliyev, 12.
Akif Başoğlu təyin ediliblər.
Qeyd edək ki, MÜSİAD Azərbaycan tərkibində olan komissiyalar isə
sırası ilə 1. Kənd Təsərüüfatı və Turizm Komissiyası, 2. Qurumsal
Əlaqələr Komissiyası, 3. Təşkilatlanma və Üzvlərlə Əlaqələr
Komissiyası, 4. İnşaat və Tikinti Materialları Komissiyası, 5.
Yaşıl və Rəqəmsal Transformasiya Komissiyası, 6. Təhsil və
Mədəniyyət Komissiyası, 7. Maliyyə və Planlama Komissiyası, 8.
İstehsal və Ticarət Komissiyası, 9. MÜSİAD Ticarət Ofisi (MTO), 10.
Gənc MÜSİAD Azərbaycan təyin edilib.
Daha sonra, proqramın ikinci hissəsində isə rəsmilərin qatılımı
ilə İftar proqramı baş tutub.
Məlumata görə, Azərbaycan Respublikasının Milli Məclisinin
deputatları, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Dos.Dr. Cahit Bağcı, KOBİA-nın sədri cənab
Orxan Məmmədov, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsinin sədri cənab Fuad Muradov, Azərbaycan Respublikası
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının
prezidenti Məmməd Musayev, Meksika səfiri xanım Mariya Viktoriya
Romero Kabalyero və Qeyri Hökumət Təşkilatlarının nümayəndələri ilə
yanaşı tədbirə 190 nəfərdən çox rəsmi qonaq iştirak ediblər.





























