Bakı. Trend:
Azərbaycanın təcrübəsi və dəstəyi bizim üçün vacib əhəmiyyət
kəsb edir.
Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan “Tavini
Huiraatira” Partiyasının Baş katibi Viktor Maamaatuaiahutapu Milli
Məclisdə keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, bu gün bəzi məsələlərin yolu tək tapmaq
olmur.
“Ona görə də biz Azərbaycanla, Bakı Təşəbbüs Qrupu ilə dialoqa
başlamışıq. Burada elə mövzulardan danışılır ki, Azərbaycan artıq
bu məsələlərin həllini tapıb. Bura gəlmişik ki, Azərbaycanın
fikirlərini eşidək və fikir mübadiləsi aparaq. Azərbaycanın dəstəyi
bizim üçün çox vacibdir və buna görə Azərbaycana təşəkkürümüzü
bildiririk. Azərbaycana təşəkkür edirik ki, bizə öz fikirlərimizi
səsləndirməyə və səsimizin beynəlxalq ictimaiyyətə çatdırılmasına
imkan yaradıb”, – deyə o əlavə edib.
Qeyd edək ki, “Tavini” partiyası uzun illərdir ki, Fransız
Polineziyasının Fransa əsarətindən azad olaraq, müstəqillik
qazanması uğrunda mübarizə aparır.





























