
Bakı. Trend:
32 il bundan əvvəl ağlaya-ağlaya Laçından çıxmışdıq, indi isə
gülə-gülə, sevinc və qürurla geri dönürük.
Bunu Trend-ə
Laçına geri dönən Yasin Həsənov deyib.
O bildirib ki, biz hər zaman Prezidentimizə, ordumuza inanırdıq
ki, geri dönəcəyik.
“Bizim inamımız özünü doğrultdu, torpaqlarımızı Prezidentimiz,
ordumuz geri qaytardı, Allah Prezidentimiz İlham Əliyevin canın sağ
etsin, şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin.
Onların sayəsində geri dönürük. Dövlətimizə təşəkkür edirik ki,
orada bizim üçün hər cür şərait yaradıb. Vətən həsrəti ilə yaşamaq
çox çətin idi. Bundan sonrakı həyatımıza doğma Laçınımızda davam
edəcəyik”, – deyə o əlavə edib.





























