Bakı. Trend:
Azərbaycanın radio məkanına hər birimizə yaxınlığı ilə seçiləcək
yeni “Sağlam Radio” gəlir. “Sağlam Radio” 93.0 FM tezliyində iyun
ayının 3-dən yayıma başlayır.
Səhiyyə Nazirliyinin dəstəyi ilə yayımlanan radioda həftə içi 5
gün saat 8.00-dan -10.00-dək “Sağlam səhər”, saat 18.00-dan –
20.00-dək “Sağlam həyat” verilişləri efirdə olacaq. Bu verilişlərdə
Səhiyyə Nazirliyinin mütəxəssis-ekspertləri sağlamlığın qorunması,
sağlam qidalanma, sağlam həyat tərzinin formalaşdırılması kimi elmi
əsaslara söykənən tibbi məlumatlar verəcəklər. Ölkə və dünyada
səhiyyə ilə bağlı xəbərləri isə hər saatın sonunda yayımlanan
“Sağlam Xəbərlər”dən eşidəcəksiniz.
“Sağlam Radio”nun başlıca məqsədi əhalinin sağlamlığının
qorunmasını, sağlam qidalanmanı və aktiv həyat tərzini təşviq
etməkdir.
Aktiv həyatın ritmini Sağlam Radio ilə tutun!





























