Advertisement

Milli Məclis daha bir beynəlxalq sənədi ratifikasiya etdi

Bakı. Trend:

Milli Məclis daha bir beynəlxalq sənədi təsdiq edib.

Trend-in məlumatına görə, parlamentin bu gün keçirilən iclasında
“Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin
qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata
keçirilməsinə dair Çoxtərəfli Konvensiya”nın təsdiq edilməsi
haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə
çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq
edilib.