Advertisement

Ermənistanla Azərbaycana nizamlanma üçün məcburən vasitəçilik xidmətləri təklif edilir – Rusiya MN

Bakı. Trend:

NATO və Avropa İttifaqı özlərinin Rusiya ilə qarşıdurma kursu
çərçivəsində Gürcüstanda, həmçinin Ermənistan-Azərbaycan
münasibətlərində gərginliyi artırırlar.

Trend TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə
Rusiyanın müdafiə naziri Andrey Belousov KTMT ölkələrinin müdafiə
nazirlərinin Almatı iclasında bildirib.

Rusiyanın müdafiə naziri qeyd edib ki, Alyansın ayrı-ayrı
ölkələri Qafqazda mövqelərini möhkəmləndirmək istəyir və bununla da
Xəzərin ehtiyatlarına, habelə Mərkəzi Asiyaya birbaşa çıxış əldə
etməyə çalışırlar.

Belousovun sözlərinə görə, Ermənistanla Azərbaycana
ziddiyyətlərin nizamlanması üçün məcburən vasitəçilik xidmətləri,
sülh sazişini istisnasız olaraq Qərb platformalarında və onların
diktəsi ilə imzalamaq təklif edilir.