Advertisement

Laçındakı KSES “sıfır” tullantı siyasətinin əyani nümunəsidir – Məsim Məmmədov

Laçın. Trend:

Laçındakı kiçik su elektrik stansiyası “sıfır” tullantı
siyasətinin əyani nümunəsidir.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Laçın
rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov Laçında “Malıbəy”
KSES-in təməlqoyma mərasimində deyib.

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “sıfır
tullantı” zonası elan olunub və bu gün Laçın rayonunda təməli
qoyulan “Malıbəy” KSES bu siyasətin bariz nümunəsidir. Laçın
rayonunun “yaşıl” enerji potensialı çox böyükdür”, – o deyib.

O əlavə edib ki, bugünədək Laçında ümumi gücü 80 meqavatta yaxın
olan 9 KSES istismara verilib.

Qeyd edək ki, iyunun 1-də Laçında “Malıbəy” kiçik su elektrik
stansiyasının təməlqoyma mərasimi olub.

Xatırladaq ki, ötən ilin dekabr ayında “Azərbaycan İnvestisiya
Şirkəti” ASC, “Demirören Yatırım Holding A.Ş.” şirkətlər qrupu
(Türkiyə) və “Arges Enerji Team” MMC arasında Birgə İştirak
Müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Hekəri və Tərtər çayları
üzərində beş KSES istifadəyə veriləcək.

Layihənin ümumi dəyəri 25 milyon manatdır. Bütünlükdə 2025-ci
ildə, ümumi gücü 13,8 meqavatt olan beş stansiyanın istismara
verilməsi planlaşdırılır. Stansiyaların istismar müddəti 30 ildir.
Layihənin icrası 25 yeni iş yerinin açılmasına imkan verəcək.

Layihənin 1-ci mərhələsində Laçın rayonu ərazisində Zabux çayı
üzərində 5,1 meqavatt gücündə “Malıbəy” SES-in, 2-ci mərhələdə 3,4
meqavatt gücündə “Qalaça 2” SES, 1,8 meqavatlıq “Minkənd” SES və
1,1 meqavatt gücündə “Qalaça 1” SES-in tikintisi planlaşdırılır.
3-cü mərhələdə Kəlbəcər rayonunda Tərtər çayının üzərində 2,4
meqavatlıq “Tərtər 1” KSES-in tikintisi nəzərdə tutulur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun