Advertisement

Tovuzda avtomobil çaya düşüb, 3 nəfərdən xəbər yoxdur

Bakı. Trend:

Tovuz rayonunda içində dörd nəfər olan avtomobil çaya düşüb.

Trend xəbər verir ki, Vaz-2107 markalı, 60-BH-272 dövlət
qydiyyat nişanlı avtomobil Tovuz rayonunun Hunanlar kənd
ərazisindən keçərkən idarəetməni itirərək Kür çayına düşüb.

Nəticədə avtomobilin sürücüsü Tural Quliyev, Turqut İbrahimov,
Vüqar Cəfərov və Sadıqov çaya düşüb, Turqut İbrahimov üzərək sahilə
çıxsa da, digər 3 nəfərdən heç bir məlumat yoxdur.

Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidmətinin
əməkdaşlarının iştirakı ilə itkin şəxslərin axtarışları davam
edir.