Bakı. Trend:
Kibertəhlükəsizliyiniz üçün tətbiqləri rəsmi mənbələrdən
yüklədiyinizə diqqət yetirin, tətbiqlərin tələb etdiyi icazələri
yaxşıca gözdən keçirin.
Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti
məlumat yayıb.
Tətbiqləri yükləyərkən kibertəhlükəsizliyiniz üçün bu
addımlara diqqət yetirin.
1) Tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin;
2) Tətbiqin tələb etdiyi icazələri nəzərədən keçirin və yalnız
lazımi icazələri verin;
3) Tətbiqlə bağlı rəylərə və tərtibatçının reytinq göstəricisinə
diqqət yetirin;
4) Telefonunuzdakı tətbiqləri mütəmadi olaraq yeniləyin.





























