
Bakı. Trend:
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hüquq mühafizə
orqanları ilə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi
prioritetdir
Bu sözləri Baş prokuror Kamran Əliyev “Türk Dövlətlərinin hüquq
tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya”
mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Bildirilib ki, tarixi bağlarımız, ortaq dinimiz və dilimizlə
qardaşlıq münasibəti olan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin
hüquq mühafizə orqanları ilə əməkdaşlıq əlaqələrinin daha da
inkişaf etdirilməsi prioritet məsələlərdəndir.
Qeyd edilib ki, 1 noyabr 2021-ci il tarixində Bakıda Türk
Dövlətləri Təşkilatının Baş Prokurorlar Şurasının yaradılması da bu
istiqamətdə atılan mühüm addımlardan biri idi. Bu şura üzv
ölkələrin hüquq mühafizə orqanları arasında əməkdaşlığı daha da
dərinləşdirəcək və effektiv fəaliyyət göstərmələrinə imkan
verəcəkdir.
“Sahəvi dövlət qurumlarını birləşdirən şuralar türk dövlətləri
arasında effektiv əməkdaşlığın inkişaf etdirilməsi üçün
təqdirəlayiq platformadır. Bu şuralar vasitəsilə türkdilli ölkələr
arasında bütün sahələrdə əməkdaşlıq daha da irəli gedəcəkdir” –
deyə Baş prokuror əlavə edib.





























