
Bakı. Trend:
Fəaliyyətində idmanı və sağlam həyat tərzini təbliğ edən Bank
Respublika, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Gəncə
şəhərində təşkil edilən EcoVeloFest festivalının
keçirilməsinə dəstək oldu.
“Bank Respublika”nın baş sponsorluğu, Gəncə – Daşkəsən Regional
Təhsil İdarəsinin təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyəti,
Azərbaycan Velosiped Federasiyasını dəstəyi ilə keçirilən festivala
ölkəmizin müxtəlif regionlarından 200-ə yaxın xanım təhsil işçiləri
qatılmışdır.
Festival çərçivəsində xanımlar arasında velo yarış keçirilmiş,
ilk 3 yeri tutan iştirakçılara qiymətli hədiyyələr təqdim olunmuş,
həmçinin, velo sərgi, velo-təlim və musiqili proqram təşkil
olunmuşdur.
Festivalın əsas məqsədi – yaşıl dünya naminə ölkəmizin bütün
regionlarında xanımlar arasında velosiped idmanının təşviqi, eləcə
də sağlam həyat tərzinin təbliği olmuşdur.
Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram,
linkedin,
telegram səhifələrində
və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng
edərək əldə edə bilərsiniz.



























