
Bakı. Trend:
“Trabzonspor” ilə “Fənərbağça” arasında keçirilən futbol
matçından sonra meydana daxil olan azarkeşlərin kimliyi və matçdan
sonra baş verən hadisələrlə bağlı dərhal araşdırmalara
başlanılıb.
Trend-in
məlumatına görə, bu barədə Türkiyə daxili işlər naziri Ali
Yerlikaya “X” sosial şəbəkəsində yazıb.
“İdman hər şeydən əvvəl alicənablıqdır. Futbol meydançalarında
zorakılığın baş verməsi heç vaxt qəbuledilməzdir.
Hadisələr barədə ictimaiyyətə məlumat veriləcək.





























